Marsa səfər edən Şumer çarları — Yadplanetlilərlə əlaqəni sübut edən FOTO FAKTLAR

Marsa səfər edən Şumer çarları —

Şumer mədəniyyətinin yaranmasını yerdənkənar sivilizasiyalar ilə əlaqələndirən alimlər kifayət qədərdir.
“Ölkə.Az” xəbər verir ki, bir sıra alimin fikrinə görə, Şumer sivilizasiyasının inkişafına yadplanetlilər böyük təsir edib. Bu teoriyanın təsdiqi üçün isə gil lövhələrə həkk edilmiş bəzi qədim mətn və rəsmlər incələnib.

Tədqiqatçılar qeyd edirlər ki, bir çox rəsmdə səmada uçan disk və raketlər, uçan aparatların yanında dayanan insanlar təsvir olunub. Mütəxəssislərin fikrinə əsasən, gil lövhələr üzərinə həkk edilən bəzi işarələr uçan gəmi və yadplanetliləri xarakterizə edir. Məsələn, iti ucu olan silindrşəkilli əşya alimlər tərəfindən “din-qir” kimi oxunub. Şumer dilindən tərcümədə bu söz alovlu raket tanrısı mənasına gəlir.

Şumer əfsanələrində isə səmada uçan, qartala bənzəyən, işıq saçan dairəvi obyektlərdən bəhs edilir. Bu zaman “şem” kəliməsi alimlərin fikrinə görə şumerlilər tərəfindən yadplanetlilərin uçan gəmilərini ifadə etmək üçün istifadə edilib. Şumer sözünün özü isə şumer dilində “ki en qir” kimi yazılır.
Marsa səfər edən Şumer çarları —
Marsa səfər edən Şumer çarları —
Marsa səfər edən Şumer çarları —

Tərcümədə isə raket sahibinin ölkəsi mənasına gəlir.

Məsələn, Gilqamış haqqında əfsanədə Şumer çarı deyir: “Gələcəyim torpaqda “şem”imi alaram. “Şem”lər havaya qalxan yerdə mən də öz “şem”imlə səmaya qalxaram”.

Əfsanəvi çarın həyatından bəhs edən gil lövhənin birinin üzərində isə yazılıb:

“Əvvəlcə səma qaraldı. Sonra isə işığın parlaq şüası göründü. Buradan qüdrətli “Günəş Tanrısı” peyda oldu. O, əvvəlcə qarşısında duran insanlara baxdı. Sonra isə dostu Gilqamış Enkidunu özü ilə apararaq yoxa çıxdı”.

Sonra isə əfsanəyə əsasən, Enkidu səfərdən sonra müəmmalı xəstəlikdən dünyasını dəyişib. Gilqamış bu məsələdə səma heyvanının zəhərli nəfəsini günahlandırırdı. Alimlər bildirirlər ki, səma heyvanının zəhərli nəfəsi deyəndə radiasiya nəzərdə tutulub.

Şumerlilərin yadplanetlilərlə əlaqəsi barədə Aşurbanipalın kitabxanasından tapılan qədim Mesopotamiya mətnində də məlumat var. Bu mətn eramızdan 2500 il əvvəl yazılıb. Əfsanəyə əsasən, mehriban ləqəbli çar Etan 5000 il əvvəl yaşayıb. Bir dəfə çar sarayının yaxınlığındakı şəhər meydanına uçan dəmir qalxan enir. Bu dəmir qalxanın içindən hündür, tünd rəngli dərisi olan, açıq saçlı məxluqlar çıxıb. Onların əynində insan paltarı olub.

Onlar çarı gəmiyə dəvət ediblər və uzaq planetlərə səfər təklif ediblər. Çar bu təkliflə razılaşıb və gəmi səmaya ucalıb. Etan illüminatorda buğda dənəsi boyda olan Yeri görüb. O, Marsda, Ayda və Venerada olub. Etan səfərə çıxdıqdan iki həftə sonra saray əyanları onun öldüyünü düşünərək taxta vəliəhd axtarmağa başladılar. Qəflətən şəhərin səmasında uçan gəmi peyda oldu. Alovla əhatə olunmuş gəmi sarayın qarşısında yerə enib. Alov sakitləşəndə çar Etan gəmidən “tanrı”ların müşayəti ilə çıxıb. Bu “tanrı”lar bir neçə gün sarayda qonaq qaldılar.

Mətndə bir də qeyd edilir ki, çar sonradan yenə də başqa kosmik gəmi ilə səmaya uçub.

Mesopotamiyada arxeoloji qazıntılar zamanı qeyri-adi möhür tapılıb. Bu möhür Mars və Yer arasındakı uçuşu təsvir edib. Möhürün üzərində Yer 7 dairə formasında, Mars isə altıguşəli ulduz kimi verilib. Onlar arasında isə qanadlı disk var. Bu disk iki uzaq planet arasında səfər edir. Bundan başqa möhür üzərində iki “tanrı” da qeyd edilib. Alimlərin fikrinə görə, möhürün 6 min il yaşı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...