"Zara" mağazalar şəbəkəsi alıcını belə aldatdı

"Zara" mağazalar şəbəkəsi alıcını belə aldatdı

""Zara"dan hər gün şikayət daxil olur. Danışıq yolu ilə şikayəti həll etmək mümkünsüzdür, sadəcə olaraq telefona cavab vermədilər. Bu şikayəti iqtisadiyyat Nazirliyinə göndərdik".

Bu fikirləri GoldNews.Az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov səsləndirib.

Birlik sədri redaksiyamıza şikayətin mətnini də təqdim edib:

"Azad İstehlakçılar İctimayi Birliyinin sədri Eyyub Hüseynova Namazov İdris Tahir oğlu tərəfindən
Ərizə:

29 aprel 2018 ci il tarixində Nizami küçəsi, 42 ünvanında, Nərgiz Mall Ticarət Mərkəzində yerləşən Zara mağazasından dəyəri 59 AZN olan köynək aldım. 13 may 2018-ci il tarixində qeyd etdiyim ünvanda yerləşən dükana yenidən yaxınlaşaraq, aldığım köynəyi onunla eyni dəyərdə olan digər köynəyə dəyişmək istədiyimi bildirdim. Malın əmtəə görüntüsü, istehlak xassəsi, plombu, yarlığı - hər bir şeyi tam qaydasında idi və həmçinin kassa qəbzini də dükanın əməkdaşına təqdim etdim. Dükanın əməkdaşı malın bütün xüsusiyyətlərinin tam yerində olmasına əmin oldu və məni kassaya yönləndirdi. Kassada mənə bildirdilər ki, malın dəyişdirilməsi malın alındığı gün də daxil olmaqla 14 gün müddətində mümkündür.

İstehlakçıların haqında qanunun 15-ci maddəsinə görə, istehlakçı aldığı malı aldığı gün sayılmamaq şərti ilə 14 gün ərzində eyni keyfiyyətə malik malla dəyişdirə bilər. Burada mənim istehlakçı hüquqlarımın pozulduğunu sizə bildirirəm və bu barədə mənə köməklik göstərmənizi, mənim istehlakçı hüquqlarımın qorunmasını, bu barədə lazımı dövlət orqanlarına və KİV-Ə məlumat verməyinisizi xahiş edirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...