Akopyanın qovulma səbəbi: Cəbhədə təxribat ssenarisi...

Akopyanın qovulma səbəbi:

Akopyanın istefaya göndərilmə səbəbi Ermənistan silahlı qüvvələrində “Qarabağ sindromu”nun aradan qaldırılması ilə də bağlı ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Paşinyanın Baş Qərargah rəisi Movses Akopyanın işdən azad edilməsi qərarına münasibət bildirərkən deyib. O bildirib ki, Movses Akopyan Serj Sərkisyandan daha çox Rusiyanın adamıdır:


“Əgər belə olmasaydı, Rusiya Azərbaycan ərazilərinin işğalında iştirak etmiş və separatçı rejimin qanunsuz hərbi birləşmələrinə rəhbərlik edən Akopyanın 2002-ci ildə Moskvada yerləşən Frunze adına Hərbi Akademiyada təhsil almasına imkan yaratmazdı. Bu faktın özü həm də Rusiyanın Azərbaycanın işğal olunmuş ərazilərində formalaşdırılmış qeyri-qanuni rejim üçün hərbi kadrlar hazırladığını sübuta yetirir. Movses Akopyan Xocalı soyqırımının həyata keçirilməsinin əsas icraçılarından olan 366-cı alayın rəhbərlərindən biri olub. Xocalı soyqırımından təxminən 10-15 gün sonra alayı tərk edib. O, azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə görə Ermənistan ordusunda xüsusi statusa malikdir və bu status siyasi rəhbərliyi ciddi şəkildə narahat edir”.

Analitik vurğulayıb ki, Akopyan hərbi çevrilişi həyata keçirə biləcək əsas fiqurlardan biri sayılırdı:

“Ola bilsin ki, məhz bu təhlükə Movses Akopyanın istefaya göndərilməsi üçün zəmin yaradıb. Akopyan Ermənistan silahlı qüvvələrində Azərbaycan torpaqlarının işğalı prosesində iştirak edən və ən yüksək postda təmsil olunan fiqur sayılırdı. O istefaya göndərildikdən sonra prosesin daha aşağı pillələrdə davam etdirilməsi ehtimalı da var. Paşinyanın Akopyanı istefaya göndərməsinin səbəblərindən biri də ikincinin təmas xəttində, yaxud sərhəd bölgəsində genişmiqyaslı təxribata əl atması ola bilər. Çünki Paşinyan üçün bu gün ən böyük təhlükə hərbi əməliyyatların başlanması perspektividir. Bu, Paşinyanın hakimiyyətinə son qoya və Qarabağ klanının mövqelərini möhkəmləndirə bilər”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Baş Qərargah rəisi Movses Akopyan vəzifədən uzaqlaşdırılıb. Armen Sərkisyan onun yerinə Artak Davtyanı təyin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...