Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi -

Xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib.

Gundeminfo.az Unikal.org-a istinadən xəbər verir ki, AzTV-də "Günün Nəbzi" verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib:

"Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-fakto orda yoxam, de-yuri məni ordan xaric eləyin. Mən bundən sonra o qurumda iştirak etmək fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın.O qurumda artıq heç kəs qalan deyil".




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...