Yeni nazirdən yeni təyinat: Bayandur Rzayevə vəzifə verildi

Yeni nazirdən yeni təyinat:

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub. Gundeminfo.az xəbər verir ki, bu barədə oxu.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib.

O bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib.
B.Rzayev Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib (1991-1996). 2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011).

2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, ötən gün, mayın 28-də, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...