Məşhur şirkət Vergilər Nazirliyinin 631 minlik sanksiyasını ləğv etdirdi

Məşhur şirkət Vergilər Nazirliyinin 631 minlik sanksiyasını ləğv etdirdi


“Evro Stroy-S” MMC tikinti şirkəti Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. “Report”un xəbərinə görə, şirkət nazirliyin müfəttişinin 631 min manatlıq cərimə sanksiyasının ləğv olunmasını tələb edib. Nazirliyin müfəttişi sanksiya sənədini 2014-cü il fevralın 19-da imzalayıb.

“Evro Stroy-S” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə şirkətin iddiasını təmin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...