Futbol üzrə Dünya Çempionatının başlamasına saatlar qaldı - CANLI YAYIM

Futbol üzrə Dünya Çempionatının başlamasına saatlar qaldı -

Bu gün Rusiyanın paytaxtı Moskvada 2018-ci ilin Futbol üzrə Dünya Çempionatı start götürəcək.

Musavat.com xəbər verir ki, XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi “Lujniki” stadionunda keçiriləcək.

Açılış mərasiminə 20-dən çox ölkənin dövlət başçısı, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq.

Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

"DÇ-2018"-də 6 konfederasiyadan ümumilikdə 35 hakim xidmət göstərəcək. Onların sırasında Türkiyəni təmsil edən FIFA referisi Cüneyt Çakır da var.

Oyunları Azərbaycan tamaşaçılarına İTV və CBC Sport telekanalları təqdim edəcək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...