ABŞ İran agentlərini tapmaq üçün kütləvi telefon dinləmələri həyata keçirib

ABŞ İran agentlərini tapmaq üçün kütləvi telefon dinləmələri həyata keçirib


ABŞ Milli Təhlükəsizlik Agentliyi ölkə vətəndaşlarının telefon zəngləri haqqında kütləvi məlumat toplayıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” (“The New York Times”) qəzeti yayıb. Qəzetin məlumatına görə, ABŞ kəşfiyyatının bu addımı atmasına əsas səbəb "əl Qaidə" döyüşçüləri və İran agentlərinin axtarılması olub. Qəzet hələlik İran agentlərinin nə dərəcədə intensiv axtarılması barədə məlumat verməyib.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin gizli dinləmələri haqqında məlumatı ilk dəfə Edvard Snouden açıb. O, bu açıqlamadan sonra Rusiyaya sığınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...