Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı – Rəsmi

Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı –

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin tarlalarda baş vermiş zəhərlənməyə görə işdən çıxarıldığı rəsmən təsdiqlənib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyinin bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı yaydıqları birgə məlumatda qeyd olunub.

Xatırladaq ki, C.Quliyev bundan əvvəl açıqlamasında işdən tarladakı zəhərlənməyə görə çıxarıldığı barədə yayılan məlumatları təkzib etmiş, başqa işə keçirilməsi ilə bağlı öz ərizəsi əsasında vəzifədən kənarlaşdırıldığını bildirmişdi.

Ötən gün isə onun Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat aldığı haqda məlumat yayıldı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...