Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək

Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək

İyunun 28-də Bakıda Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı keçiriləcək.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, toplantı zamanı Əfqanıstan rəsmiləri və “Taliban” arasında sülh danışıqları aparılacaq.

Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edəcək.

“Taliban”dan isə görüşə danışıqlar üzrə nümayəndələr qatılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...