İranlı azarkeşlər Portuqaliya yığmasına yatmağa qoymadı - VİDEO

İranlı azarkeşlər Portuqaliya yığmasına yatmağa qoymadı -

Portuqaliya milli komandası bu gün İran yığması ilə keçirəcəyi dünya çempionatının III tur matçı ərəfəsində problemlə üzləşib.

"Report"un B24-ə istinadən verdiyi məlumata görə, qarşılaşmadan əvvəl bir qrup iranlı azarkeş Portuqaliya yığmasının Saranskda qaldığı otelə tərəf gələrək, səs-küy salıblar və oyunçulara mane olublar.

Fanatların bu hərəkətlərindən narazı olan komandanın aparı futbolçusu Kriştianu Ronaldu eyvandan əl işarəsi ilə onlardan sakit davranmağı xahiş edib.

Qeyd edək ki, Portuqaliya bu gün B qrupunun son matçında İranla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...