Nazirlikdən istilərlə bağlı xəbərdarlıq - 11:00-dan 17-dək günəş altında olmayın

Nazirlikdən istilərlə bağlı xəbərdarlıq -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayıb. Nazirlikdən Gundeminfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir.

“Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik”,-nazirlik bəyan edib.

Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...