Toyda baş verən cinayətdən dəhşətli görüntülər – VİDEO

Toyda baş verən cinayətdən dəhşətli görüntülər –

Şirvanda dəhşət yaşanıb – toyda qətl törədilib. Gundeminfo.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00 radələrində şadlıq saraylarından birində qeydə alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 40 yaşlı Azər Əliyev kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 42 yaşlı Teymur Həsənov da əlindən bıçaq xəsarəti alıb. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar.

Qətlə yetirilən şəxsin meyiti müayinə üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasının morquna aparılıb. Daha sonra isə ailəsinə təhvil verilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...