Adnan Oktarın Bakı şəbəkəsi demontaj edilə bilər

Adnan Oktarın Bakı şəbəkəsi demontaj edilə bilər
Türkiyədə saxlanılan Adnan Oktarın azərbaycanlı tərəfdarları da həbs oluna bilər. Yenixeber.org: Oktarla yanaşı həbs olunan 235 tərəfdarının ardınca növbə Bakıdakı şəbəkəsinə çata bilər. Bir müddət əvvəl A.Oktara biət edən azərbaycanlı tərəfdarlarının videosu yayılmışdı. Onlar vətəni, dini sevməyi, qadına hörməti Oktardan öyrəndiklərini bəyan etmişdilər.

Bu şəbəkənin Azərbaycandakı fəaliyyəti təşkilatlanmaq, sıralarını genişləndirməkdir. Onların sayı kifayət qədər çoxdur. Bunu həmin videoya baxanda müəyyən etmək olar.

Məlumata görə, “Hizmət” hərəkatının Bakı qanadının, nurçuların iqtisadi, təhsil, mediavə s. şəbəkələrinin sıradan çıxarılması kimi Oktara bağlı qrupun da deşifrə olunması, həbslər həyata keçirilməsi, şəbəkənin demontajı istisna edilmir.Adnan Oktarın Bakı şəbəkəsi demontaj edilə bilər. Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilmiş Fətullah Gülənin Azərbaycan şəbəkəsinin kimlərdən ibarət olduğu barədə siyahı dövlət rəhbərliyinə təqdim olunmuşdu.

Ötən gün Bakıya səfərə etmiş Ərdoğanın bu haqda Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə aparması haqda məlumat olmasa da, Oktarın azərbaycanlı tərəfdarları ilə bağlı hansıtədbirlərin görüləcəyini qarşıdaıı dövrdə müşahidə edə bilərik. Qeyd edək ki, o, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.
Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...