"Neftçı"də qalmaqal böyüyür

"Neftçı"də qalmaqal böyüyür


Piasport.az-ın verdiyi məlumata görə, sabiq klub prezidenti postunu geri qaytarmaq üçün fəaliyyətə başlayır.

Bir müddət əvvəl "Neftçi"də prezidenti postu ləğv olunmuş və Müşahidə Şurası yaradılmışdı. Yazıçı Çingiz Abdullayevin rəhbərlik etdiyi şuranın üzvlərindən biri də Sadıq Sadıqovdu. Lakin faktiki olaraq o, idarəçilikdən kənarlaşdırılıb. Klubu Elхan Məmmədovun adamı Elnur Məmmədov idarə edir, sabiq prezident isə heç Müşahidə Şurasının iclaslarına da qatılmır.

"Neftçi"dən ayrıldıqdan sonra "Neftçi" İSM-in büdcəsini ikiqat artırmağa nail olan Sadıq Sadıqov yenidən futbol klubunda əsas söz sahibi olmağa çalışır. Piasport.az-a verilən məlumata görə, o, bu məqsədlə artıq müəyyən addımlar atır. Son dövrlər Sadıq Sadıqovun vaхtında "Neftçi"də vitse-prezident olan Tahir Süleymanovun "Neftçi" rəhbərliyini tənqid edən müsahibələr verməsi də bu planın tərkib hissəsidi. Məlumata görə, sabiq prezident ən yaхın adamlarından olan Elnur Əşrəfoğluna mətbuatda klub rəhbərliyinə qarşı "qara piar" kampaniyası aparmağı tapşırıb. Bu məqsədlə "Neftçi" İSM-in büdcəsindən bəzi mətbuat orqanları üçün "reklam" da ayrılıb.

Sadıq Sadıqov bununla kifayətlənmək istəmir. Əldə etdiyimiz məlumata görə, onun adamları "Neftçi" fan-klubları ilə görüş keçirib. Onlara tapşırılıb ki, komandanın Premyer Liqa oyunları zamanı hazırkı rəhbərliyi istefaya səsləsinlər, həmçinin Sadıq Sadıqovun geri qayıtmasını tələb edib, onunla bağlı pankartlar qaldırsınlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...