“Gəncədəki terror cəmiyyətimizi qorxutmaq üçün törədilib”

“Gəncədəki terror cəmiyyətimizi qorxutmaq üçün törədilib”

Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Gəncədə qanlı cinayət törədənləri terrorçu adlandırıb və onların əsas məqsədinin ölkədə sabitliyi pozmaq olduğunu vurğulayıb:

"İyulun 3-ü və 10-u Gəncədə törədilən qanlı cinayətlər dövlətçiliyimizə qarşı yönəlib. Terror aktı nəticəsində 2 polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız da var. Onların arasında Gəncənin icra başçısı da olub. Allah şəhidlərimizə rəhmət etsin, yaralılara isə şəfa versin. Bu cinayəti törədən terrorçu qruplaşmalar Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Əsas məqsəd budur. Bu qanlı terror aktları cəmiyyətimizi qorxutmaq üçün törədilib.

Terror aktları dini şüarlar adı altında baş verib. Bu, özlüyündə islama qarşı ən böyük cinayətdir. Cinayət cavabsız qalmayacaq. Onların arxalarında dayananlar heç vaxt məkrli arzularına çata bilməyəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...