Putin komandanın general rütbəsini aldı - 5 il də həbs verdi

Putin komandanın general rütbəsini aldı -


Rusiya Quru Qoşunlarının keçmiş komandanı, general-polkovnik Vladimir Çirkin məhkəmədə 20 min dollar rüşvət aldığını etiraf edib. "Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb. General bu cinayəti 2008-ci ildə Moskva Hərbi Dairəsi Qoşunları komandanının müavini olarkən törədib. Prokuror onun 7,5 il azadlıqdan məhrum olunmasını istəyib.

Amma Moskva Qarnizonu Hərbi Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarına əsasən, V.Çirkinin general-polkovnik rütbəsi də əlindən alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...