Almaniyadan deportasiya olunanlarla bağlı - Rəsmi açıqlama

Almaniyadan deportasiya olunanlarla bağlı -

Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib. Gundeminfo.az REAL-a istinadən xəbər verir ki, onlar “Readmissiya haqqında” sazişə əsasən çarter reysi ilə Azərbaycana göndəriliblər.

Almaniyanın Bamberq, Valdsassen, Üiesburq, Kürten, Hoff, Rhede, Bocholt və digər şəhərlərində məskunlaşan Azərbaycan vətəndaşlarının Avropada qanunsuz əsaslarla yaşayanlar, yaxud Almaniya ərazisinə qanunsuz daxil olanlar olduğu bildirilir.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov azərbaycanlıların deportasiyası ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər:

“Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”.

Gundeminfo.az-a daxil olan məlumata əsasən "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş32 (otuz iki) şəxs çarter reysi ilə 18 iyul 2018-ci il tarixdə ölkəmizə göndərilmişdir.

Readmissiya edilmiş 32 şəxsdən 2-nin - Bayramzadə Sinan Ədalət oğlu və Hüseynova Dilarə Qasım qızının etibarlı sərhədkeçmə sənədləri olduğuna görə barələrində DMX-ya readmissiya sorğusu daxil olmamışdır.
DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə 18 iyul 2018-ci il tarixdə Heydər Əliyev Bey¬nəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilmişdir.

Bütün readmissiya edilən şəxslər onları qarşılayan qohumlarına təhvil verilmiş, yalnız bir şəxs - Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...