Umud Mirzəyev Elman Paşayevin həbsi ilə bağlı - açıqlama verdi

Umud Mirzəyev Elman Paşayevin həbsi ilə bağlı -

Bu günlərdə Moskvaətrafının Mıtişinski şəhər məhkəməsi beynəlxalq hüquq şirkəti “Elman Qrup”un başçısı Elman Paşayev barəsində iki aylıq həbs qərarı verib. Məsələ ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Eurasia Diary portalına açıqlama verib. Açıqlamanı təqdim edirik:

“Mən Elman Paşayevi vicdanlı, peşəkar, öz işini sevən, xeyirxah, yaxşı ailə başçısı, yaxşı azərbaycanlı kimi tanıyıram. Harada olmasından asılı olmayaraq həmişə onun bir Azərbaycan sevgisi olub. Onunla baş verən son olaylarla bağlı müfəssəl bilgim olmasa da bu həbsin arxasında müəyyən qara niyyətlərin, əllərin olduğunu güman edirəm. Elman Paşayev son dövrlər böyük bir partiyanın liderlərindən biri idi. O Qarabağ münaqişəsində çox ciddi mövqe nümayiş etdirirdi. Mən media nümayəndələrinə müraciət edirəm ki, Elman Paşayevlə bağlı yazılarında diqqətli olsunlar. Ciddi araşdırma apardıqdan sonra informasiyanı yaysınlar və bu məsələyə həssas yanaşsınlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...