Ərbakanla Əcəvitin Kipr mübahisəsi: Ordunu kim yeritdi?

Ərbakanla Əcəvitin Kipr mübahisəsi:

Türkiyə ordusunun müasir tarixdə ən möhtəşəm zəfərlərində biri olan Kipr Barış Hərəkatı zəfərindən və Kiprdə yaşayn türklərin yunan zülmüdən qurtulmasından 44 il ötür.

Kiprə qoşunun kimin əmri ilə yeridlməsi günümzədək müzakirə obyektidir. Çünki həmin dövrdə Türkiyənin baş naziri Bülənt Ecevitin yunanlara qarşı ordu çıxarmaq tərəfdarı olmadığı bildirilir. Kiprə ordu yeridilməsi haqda qərarı o zaman baş nazirin müavini olmuş Nəcməddin Ərbakanın verdiyi deyilir.

Baş nazir Bülənt Ecevit Kipr məsələsi ilə İngiltərəyə səfər edir. Baş naziri xarici ölkəyə səfər etdiyindən onun səlahiyyətlərini müavini Nəcməddin Ərbakan icra edir. Ecevitdən fərqli olaraq Ərbəkan Kiprə ordu yeridilməsinin tərəfdarı olub. Ona görə də Kiprə ordu yeridilməsinə tərəfdar olan o zamankı ordunun Baş Qərargah rəisi ilə, müvəqqəti olaraq baş nazirin səlahiyyətlərini icra edən Ərbakan birlikdə qərar veriblər.

Londona səfər edən baş nazir Bülənt Ecevit orada İngiltərə baş naziri Horald Vilson, xarici işlər naziri Ceyms Kallakan və Kipr məsələsi üçün Londona gəlmiş ABŞ dövlət katibi Cozep Sisco ilə ayrı-ayrı görüşlər keçirir. Ecevit geriyə döndüyündə artıq türk ordusu Kiprə girmişdi. Ecevitin dönüşündən sonra Kiprə ikinci əməliyyatın başlanmasına ehtiyac var idi. Ecevit ikinci əməliyyatın başlanmasına qarşı çıxdı. Bu zaman yunanlarla anlaşmaya getmək istəyən Ecevitə Ərbakan mane olur və buna imkan vermir.

Bundan sonra Kiprdə ikinci əməliyyatın başlanmasının vacibliyi qeyd olunur. Məsələ Milli Müdafiə Qurumunda müzakirə olunur. Bəzi bilgilərə görə, Kiprə qoşun yeridilməsi üçün Ecevitlə Ərbakan arasında 7 saat müzakirə gedib. Məlumatlara görə, Ecevit son olaraq “sizinlə bu məsələdə anlaşma asan deyil. Çünki biz CHP-lilər Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarına sadiqik. Sizlər isə Fatehin fəth prinsipinə uyğun hərəkət edirsiniz” deyib. Ərbakan isə Ecevitə cavabında deyir ki, Atatürk bu toplantıda olsaydı, sizin deyil, bizim təklifimizi dəstəkləyərdi:

“Çünki zamanında Hatayı fransızlardan aldığı kimi, bu gün də Kipri tamamən alaq deyərdi”. Məlumatlara görə, uzun sürən müzakirələrdən sonra Ərbakan Eceviti razı sala bilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...