Azərbaycana maşın idxalı 2 dəfə azalıb

Azərbaycana maşın idxalı 2 dəfə azalıb


2015-ci il yanvar-iyul aylarında Azərbaycana 19476 avtonəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 38338 olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir. Hesabata əsasən, 7 ay ərzində idxal edilən maşınların 17345 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 34 618 ədəd təşkil edib. Bundan başqa, hesabat dövründə ölkəyə 1275 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3263 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...