Hacı Əbdülün ürəyində problem yarandı – Bu il Həccə getməyə bilər

Hacı Əbdülün ürəyində problem yarandı –

“Son günlər səhhətimdə ciddi problem yaranıb. Yataq şəraitində oluram. Ürəyimdə ağrılar var. 10 gün olar ki, müalicə üçün getdiyim İrandan qayıtmışam”.
Bunu Modern.az-a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov deyib.
Onun sözlərinə görə, səhhətində yaranan problem onu bütün işlərdən uzaqlaşdırıb.
“Ürəyimdən qəfil ağrı tutdu. İrana getməli oldum. İranlı həkim xeyli iynə-dərman yazıb. Azı 2 ay bunları qəbul etməliyəm ki, ürəyimdəki problem aradan qaldırılsın. Ürəyimin ağrıması mənə çox narahatlıq verir. Builki Həcc ziyarətinə sənədlərimi çoxdan vermişəm.
Amma növbəti Həcc ziyarətinə gedib-getməməyimlə bağlı bir söz deyə bilmərəm. Hər şey səhhətimin düzəlməsindən asılıdır. Heç özümdən belə xəbərim yoxdur, qala ki, “Tövbə” cəmiyyəti ola. Ağrılarım çox pis olur. Kimsənin xəstəliyimdən xəbəri yoxdur. Heç kimə bu barədə bir söz deməmişəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...