Şok əməliyyat: Qulinin 30 adamı tutuldu - FOTOLAR

Şok əməliyyat: Qulinin 30 adamı tutuldu -

Ukraynanın güc strukturları azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Qulinin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar.

Gundeminfo.az Unikal.org-a istinadən xəbər verir ki, Ukraynanın Kirovoqradski bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun kriminal klanının 30 nəfər üzvü “oğru sxodkası” keçiriblər.

Ukrayna Milli Polisi onların şəhər kənarında bağ evlərinin birində yerini müəyyənləşdirərək zərərsizləşdirib. Tutulanlar arasında azərbaycanlıların da olduğu istisna edilmir.

"Sxodka" "Hüquqşünas” ləqəbli qanuni oğru Xoxolun rəhbərliyi ilə keçirilirib.
Şok əməliyyat: Qulinin 30 adamı tutuldu -
Şok əməliyyat: Qulinin 30 adamı tutuldu -

Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Lotu Qulinin adamı kimi tanınan, İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. O, Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "qanuni oğru" olmağa can atırmış.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...