Azərbaycanlı ailənin Antalya tətili faciə ilə bitdi - FOTO

Azərbaycanlı ailənin Antalya tətili faciə ilə bitdi -

Antalyanın Manavqat ərazisinə ailəsi ilə birlikdə dincəlmək üçün gələn Azərbaycan əsilli 10 yaşlı Ayxan Zamanov boğularaq dünyasını dəyişib.

Ərazidəki 5 ulduzlu hoteldə qalan Ayxan saat 14:00 radələrində ailəsi ilə otaqda dincəlib və 3 saat sonra hovuza üzməyə gedib. Bir müddət üzən azyaşlı boğulmağa başlayıb və ətrafdakılar onu hovuzdan kənara çıxarıblar.
Azərbaycanlı ailənin Antalya tətili faciə ilə bitdi -

İlkin müdaxilədən sonra Serik Dövlət Xəstəxanasına aparılan Ayxan Zamanov yolda dünyasını dəyişib. Onun cəsədi ölüm səbəbini müəyyənləşdirmək məqsədilə Antalya Tibbi Ekspertiza Qurumuna aparılıb.

///Qaynarinfo



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...