“Şəki -İpək”in rəhbərliyi əmək qanunverilciliyini pozur..?

“Şəki -İpək”in rəhbərliyi əmək qanunverilciliyini pozur..?


15 avqustda “Şəki-İpək” ASC-nin rəhbərliyi müəssisənin dayandırılması və 600 işçinin ödənilməyən məzuniyyətə göndərilməsi barədə yayılmış məlumatı təkzib edib. Turan agentliyinə göndərilən təkzibdə deyilir ki, müəssisənin tam dayanması xəbəri əsassızdır.

“Belə ki, “Şəki İpək”ASC-də yalnız burucu və toxucu sexlərinin fəaliyyəti xammal çatışmazlığı səbəbindən dayandırılıb. 15072751 nəfər növbəti ödənişli məzuniyyətə, bəziləri isə müvəqqəti olaraq ödənişsiz məzuniyyətə buraxılıb. Qalan sexlər hazırda işləyir”,- deyə kombinat rəhbərliyinin adından bildirilir.

Xatırladaq ki, 14 avqustda ASC-nin işçiləri Turan-a bildiriblər ki, müəssisə fəaliyyətini dayandırıb. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Qafqaz Xəbər Agentliyinə bildirib ki, işçiləri məcburi məzuniyyətə göndərmək Əmək qanunverciliyinin ciddi pozuntusudur: “ Əgər işverənin günahı ucbatından işçi işlə təmin olunmursa və onu məcburi məzuniyyətə göndərirlərsə, onda əmək haqqının üçdə biri işçiyə verilməlidir. Əmək məzuniyyətinə göndərmək hər iki tərəfin razılığı əsasında olmalıdır. Əks təqdirdə bu kobud qanun pozuntusudur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...