Peskov Merkel-Putin görüşü barədə: Türkiyəsiz olmaz

Peskov Merkel-Putin görüşü barədə:

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında keçiriləcək görüş zamanı müzakirə olunacaq məsələlər məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Peskovun sözlərinə görə, Türkiyəyə maliyyə dəstəyinin göstərilməsi görüşün gündəminə daxil deyil.

“Düşünmürəm ki, hansısa formada bu məsələ rol oynasın. Bunu Türkiyə ilə müzakirə etmək lazımdır, Türkiyəsiz bu məsələni necə müzakirə edək?”, - Peskov bildirib.

Putinlə Merkel görüş çərçivəsində ikitərəfli münasibətləri, nəhəng kommersiya layihələrinin icrası məsələlərini, həmçinin Ukrayna və Suriya problemlərini müzakirə edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...