Ərdoğandan ABŞ-a sərt mesaj: Bizi çökdürə bilməyəcəklər!

Ərdoğandan ABŞ-a sərt mesaj:

Bizlər tək millətik, tək bayrağıq, tək vətənik, tək dövlətik və bizi bölmək, parçalamaq istəyənlərə ən gözəl cavabı həm sandıqlarda, həm də meydanlarda veririk.

Axar.az xəbər verir ki, bu sözləri partiyasının iclasından əvvəl küçədə toplaşan kütləyə xitab edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qardaşlarım, bu günə qədər heç bir yerdə əyilmədik. Biz sadəcə Allahın hüzurunda rukuda və səcdədə əyildik. Onların dolları varsa, bizim Allahımız var. Yolumuza əmin addımlarla yeriyirik, yeriyəcəyik də. Heç narahat olmayın. Bu günə qədər bizi çökdürə bilmədilər, bundan sonra da çökdürə bilməyəcəklər. Bircə siz dimdik ayaqda dayanın bəs edər”, - Ərdoğan bildirib. Orxan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...