“Günel” MMC-nin direktoru BMCQMİ-yə müraciət etdi: 10 min manata görə

“Günel” MMC-nin direktoru BMCQMİ-yə müraciət etdi:


“Günel” MMC-nin direktoru Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, MMC-nin direktoru Çingiz Həsənov “Azər Etalon Test” MMC-nin direktorundan şiakyət edib. Çingiz Həsənov 2014-cü ildə Murad İbrahimovun direktoru olduğu “Azər Etalon Test” MMC-yə 10 min manat ödədiyini, lakin bunun qarşılığında vəd edilən işin görülməməsindən şikayətçidir.

Şirkət direktorlarının aralarındakı razılaşmaya görə, Murad İbrahimov aldığı məbləğin qarşılığında betonqarışdıran aparatın quraşdırılmasını öhdəsinə götürübmüş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...