"Habil Əliyev müalicə üçün xarici ölkəyə aparılmayacaq" - türkiyəli həkim

"Habil Əliyev müalicə üçün xarici ölkəyə aparılmayacaq" -


Bu gün Mərkəzi Kliniki Xəstəxanada müalicə alan xalq artisti Habil Əliyevlə bağlı mətbuat konfransı keçirilib. Musavat.com xəbər verir ki, mətbuat konfransında xalq artistininin səhhəti ilə bağlı xəstəxananın reanimatoloqu Səbinə Qasımova məlumat verib.
S.Qasımova Habil Əliyevin ürək və ağ ciyər çatışmazlığı ilə Mərkəzi Kliniki Xəstəxanaya gətirildiyini və aparılan müalicələrin müsbət nəticə verdiyini bildirdi. Reanimatoloq H.Əliyevin süni nəfəs aparatına qoşulduğunu və huşunun yerində olduğunu, lakin vəziyyətinin ağır sayıldığını dedi. Müalicələrin nəticəsi olaraq, xəstənin vəziyyətində müsbət irəliləyiş var.

S.Qasımova H.Əliyevin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevə və Mehriban Əliyevaya melumat verildiyini dedi. Türkiyədən gəlen professor Özkan Akınçı da xalq artistini müayinə edib. Gəlinən ümumi nəticə xalq artistinin vəziyyətində yaxşılığa doğru dəyişikliyin olmasıdır. S.Qasımova onu da qeyd etdi ki, Habil Əliyev müalicə üçün xarici ölkəyə aparılmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...