Hillari Klintonun elektron yazışması yoxlanacaq

Hillari Klintonun elektron yazışması yoxlanacaq


ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun 300-dən çox elektron məktubu məxvi məlumatların olub-olmadığına dair yoxlamadan keçmək üçün seçilib. H.Klinton ABŞ dövlət katibi olduğu dövrdə işgüzar yazışmalar üçün şəxsi elektron poçtundan istifadə etmişdi. Onun bu hərəkəti geniş tənqidi şərhlər dalğası doğurmuşdu.

Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının əsas namizədi olacaq H.Klinton həmin tənqidlərə cavab verərək bildirmişdi ki, onun şəxsi elektron poçt yazışmalarında məxfi sayla biləcək məlumatlar olmayıb. Lakin tənqidçilər onun elektron poçt serverinin tələb olunan təhlükəsizlik standartlarına cavab vermədiyini və ümumiyyətlə, belə hərəkətin dövlət işi praktikasına zidd olduğunu qeyd ediblər. Keçmiş dövlət katibi H.Klinton ötən ilin dekabr ayından vəzifərə olduğu dövrə aid 30000-dən çox elektron məktubunu yoxlama üçün açıq edib.

Məhkəmənin qərarı ilə keçmiş dövlət katibinin elektron məktubları növbəti 5 ay ərzində dərc olunmalıdır. Hazırda həmin məktublar xüsusi yaradılmış rəsmilərdən ibarət heyət tərəfindən yoxlamadan keçirilir (BBC).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...