Göygölə giriş bağlandı - FOTOLAR

Göygölə girişin bağlanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı dəqiqləşdirmək üçün "Qafqazinfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadovla əlaqə saxlayıb.
Onun sözlərinə görə, hazırda işçi qüvvəsi Göygöl Milli Parkının ərazisində təmizləmə işləri aparır: "İki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər".
Direktor qeyd edib ki, istənilən insan axını olan yerdə zibillənmə də, qayda pozan da olur: “Təbii ki, biz bunun qarşısını almaq üçün sərt tədbirlər görürük. Cərimələr tətbiq olunur, "qara siyahı" tərtib olunur. İtaətsizlik göstərən vətəndaşlar "qara siyahı"ya daxil olacaq. Onlar növbəti dəfə Milli Parkın giriş qapısından buraxılmayacaq. O siyahı nazirliyin saytında yerləşdiriləcək. Amma bununla yanaşı biz həftədə bir dəfə Milli Parkda sanitar gün keçirəcəyik. Sanitar gündə bütün işçi qüvvəsi əraziyə cəlb olunacaq, zibillər yığışdırılacaq.
Hazırda işçi qüvvəsi ərazinin müxtəlif yerlərində təmizləmə işləri aparır. Bu gün iki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər”.
* * * 11:11
Göygöl Milli Parkına buraxılış bir neçə saatlıq dayandırılıb.
Bu barədə APA-nın müxbiri Vusal Məmmədov (fotolar müxbirə məxsusdur - red.) sosial şəbəkədə yazıb.
“İki gündür “Göygölü zibil basıb” deyənlərə "şad” xəbər. Bu gün təmizlik məqsədi ilə gölə buraxılış bir neçə saatlıq dayandırılıb”, - deyə, hadisə yerində olan jurnalist yazıb.
374 dəfə oxundu