"Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR

"Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” -

“Bizə köçürülmə istəyilə müraciət edən tələbə olmayıb”
Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru İlham Musayev deyib.
Onun sözlərinə görə, digər ali məktəblərdə olduğu kimi, burada da dərslər sentyabrın 17-dən başlayacaq:
“Köçürülmə prosesinin xüsusi qaydaları var. Tələbə köçürmələri Təhsil Nazirliyinin əmri ilə iyulun 5-dən 20-nə qədər davam edib. Universitetdə hər şey qaydasındadır, dərs cədvəlləri hazırlanıb. Bir sözlə, Təfəkkür Universiteti fəaliyyətini davam etdirir”.
Xatırladaq ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...