“Üç uşağını qoyub Bakıya qaçıb...” - yoxa çıxan gəlinin ailəsi danışır

“Üç uşağını qoyub Bakıya qaçıb...” -


Xəbər verdiyimiz kimi, dünən Daxili İşlər Nazirliyi Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın iyulun 31-də evdən xəbərsiz getməsi və bir daha qayıtmaması ilə bağlı məlumat yayıb. Baku.WS saytı Şəlalənin ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, o, ailəli olub və 3 uşağı var. Onun hara getməsindən ailə üzvlərinin xəbəri olmayıb. Qayınatası Azər Rüstəmovun sözlərinə görə, Şəlalənin yataq otağında olmadığını görəndə ilk olaraq ağıllarına gəlinin intihar etməsi və yaxud ailəni qorxutmaq üçün haradasa gizlənməsi gəlib.

Gecə saatlarında Şəlaləni axtaran zaman məlum olub ki, gəlin özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçıb. Olay baş verən gecə ailə ilk olaraq Şəlalənin valideynlərinə xəbər verib. Qayınananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar.
Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarını deyən ər sevdiyi xanım onu və üç azyaşlı övadını ataraq nə vaxtsa qaçacağına ağlına gətirmədiyini bildirib.

Həyat yoldaşının sözlərinə görə, Şəlalənin telefonu olmasa da son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib. Hadisə baş verəndən bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda sağ-salamat olduğunu bildirib. Bütün olanlara baxmayaraq uşaqların xətrinə ailə gəlini qəbul edəcəyi sözünü verib. "Yetər ki, gəlsin, uşaqlarını və ailəni gözüyaşlı qoymasın” - deyə ailə üzvləri bildiriblər. Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...