Günahkar Abutalıbovdur yoxsa Əzizov? – Milyonları sel apardı

Günahkar Abutalıbovdur yoxsa Əzizov? –

Yollar dağıldı, hasarlar maşınların üstünə uçdu, köhnə evlərin divarları dağıldı, yolları su basdı, piyadalar və sürücülər az qala şəhərin mərkəzi küçələrində boğulurdu, elektrik verilişində problemlər yarandı, kanalizasiyalar tutuldu, evləri su basdı, şəhərin mərkəzi küçələri bağlandı, piyada keçidlərindəki eskalatorlar sıradan çıxdı, maşınlar sulara qərq oldu...

Ötən gün paytaxt Bakıya yağan qısamüddətli yağışın sutkalıq icmalıdır bu. Gözəl Bakımız, abadlaşdırılmasına milyonlar xərclənmiş paytaxtımız cəmi bir neçə dəqiqəlik yağışdan sonra tamamilə iflic vəziyyətinə düşdü. Yağış bir neçə dəqiqəlik yağsa da bir sutkadır, yağışın yaratdığı fəsadlər müzakirə olunur. Vətəndaşlar sosial şəbəkələrdə günahkarı tapmağa çalışırlar. Kimdir günahkar!? Bəziləri qısamüddətli yağışa və Bakını su basmasına “Allahın işidir” deyib, keçirlər. Əksər vətəndaşlar isə müvafiq qurumları günahkar bilirlər. Əvvəl yağış yağan kimi narazı təbəqə sabiq icra başçısı Hacıbala Abutalıbovun üstünə düşürdü.
Günahkar Abutalıbovdur yoxsa Əzizov? –


Deyirdilər ki, Bakının kanalizasiya sisteminin işləməməsinin səbəbkarı Abutalıbovdur. İndi isə Abutalıbov baş nazirin müavinidir. Hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini Eldar Əzizov icra edir. Amma vətəndaşlar yenə də Hacıbala Abutalıbovu sərişdəsiz idarəetmədə və Bakının drenaj şəbəkəsini bərbad hala salmaqda günahlandırırlar. Ümumilikdə, vətəndaşları başa düşmək olar. Çünki Eldar Əzizov vəzifəyə yenicə təyin olunub. Onun təyinatından sonra ilk dəfədir ki, Bakı belə bir fəlakətlə üzlərşir. Bu biabırçılığın günahkarı yenə Hacıbala Abutalıbovdur. Niyə? Ona görə ki, Abutalıbov su-kanalizasiya sistemləri ilə bağlı layihələr başa çatdıqdan sonra onu təhvil almalı və çatışmazlıqlar varsa, aradan qaldırılması üçün tapşırıqlar verməli idi. Dünən yağan yağış Bakının su-kanalizasiya sistemləri ilə bağlı həyata keçirilən layihələrinin yarıdan çoxunun kortəbii şəkildə icra olunduğunu orta çıxardı.

Günahkar Abutalıbovdur yoxsa Əzizov? –
Günahkar Abutalıbovdur yoxsa Əzizov? –

Digər məsuliyyətli qurum “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Bizdə adət budur ki, yol çəkirlər, kommunikasiya qurğularını, tullantı, yağış sularının axması üçün kanallar nəzərə alınmır. Yağış yağanda su hara axmalıdır? Təbii ki, yağış və qrunt suları məcburdur yolları bassın.

Adıçəkilən qurum öz işini tam məsuliyyəti ilə dərk etsəydi, Bakı ötən gün baş verən biabırçı fəalakəti yaşamazdı. “Azərsu” bu vaxta qədər xarici təcrübəni öyrənməli və onu Azərbaycanda tətbiq etməli idi. Fransada, Almaniyada və digər inkişaf etmiş ölkələrdə yağış suları üçün böyük yeraltı kanallar mövcuddur. Həmin kanallar vasitəsi ilə yağış suları maneəsiz şəkildə təyin olunan yerə axıdılır. Amma bizdə biraz araşdırma aparsaq, görərik ki, əksər yerlərdə yağış və kanalizasiya boruları eynidir. Yəni ikisi də eyni boru ilə axıdılır. Elə Bakıda yağışdan sonra yaranan biabırçı vəziyyətin səbəblərindən biri də budur.

Günahkar Abutalıbovdur yoxsa Əzizov? –
Günahkar Abutalıbovdur yoxsa Əzizov? –

Axı, bizim Avropadan nəyimiz əskikdir? Prezident İlham Əliyev hər il dövlət büdcəsindən Bakının kanalizasiya sisteminin, içməli su şəbəkəsinin, yağış sularının axıdılması üçün boruların çəkilməsinə və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün milyonlarla manat vəsait ayırır. Amma müvafiq qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər.

Vətəndaş haqlı sual verir: Prezidentin ayırdığı milyonlar hara gedir? Kimin cibinə gedir?

Ağlamalı vəziyyətdir! Deməli, biraz isti olan kimi işıq stansiyaları partlayır, soyuq olan kimi qaz təchizatında problemlər yaranır, 1 saat yağış yağan kimi sakinlər şəhərdə hərəkət etmək üçün qayıq axtarır, yağış yağır yollar tıxac olur, işıq söndü sərnişinlər metronun tunellərində qalır...


Günahkar Abutalıbovdur yoxsa Əzizov? –

İndi 80-90-cı illər deyil. Əvvəl belə idi ki, hansısa ölkədə fəlakət baş verəndə onu yalnız televiziyada yayımlanan 1 sujetlə və rəsmi açıqlama ilə görə bilirdik. O dövr geridə qaldı. İndi sosial şəbəkələr vasitəsi ilə bütün dünya Bakıdakı fəlakətin şahidi oldu... Ermənilər sosial şəbəkələrdə Bakıdakı biabırçı görüntüləri paylaşıb bizə göz dağı verməyə çalışırlar!

Biz neft ölkəsiyik, pulumuz çoxdur, böyük idman yarışları, konfranslar təşkil edirik, şəhərlərimizin bərpası üçün milyonlar xərcləyirik... Amma bir-iki məmurun səriştəsiz fəaliyyəti üzündən 1 saata dünyada biabır da ola bilirik!

Günahkar Abutalıbovdur yoxsa Əzizov? –


Prezident bütün məsələlərə özü nəzarət edə bilməz. Bu həm fiziki, həm də vaxt baxımından mümkün deyil.

İndi yeni icra başçısı Eldar Əzizov, Hacıbala Abutalıbovun vaxtında həyata keçirilən su-kanalizasiya layihələrinin üstündən xətt çəkməlidir. Yenidən Bakının yollarını qazmağa başlamalıdır. Məqsəd isə gələcəkdə yağacaq yağışların yenidən fəlakətə səbəb olmasını qarşısını almaqdır. Bəs bu vaxt qədər sözügedən sahəyə ayrılmış milyonları necə oldu? Buna görə kim cavab verəcək? Dövlətin vəsaitlərini suda axıdanlardan kimsə əməlinə görə məsuliyyətə cəlb olunacaqmı?

Günahkar Abutalıbovdur yoxsa Əzizov? –


Yeri gəlmişkən, Meriya Bakıda yaşanmış biabırçılığa görə “Azərsu” ASC-ni ittiham edib. İndi onlar da “günah keçisi”ni başqa ünvanda axtaracaqlar. Beləcə axırda məlum olacaq ki, yağış normadan artıq yağıb...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...