Beyləqan ölkənin qabaqcıl rayonları sırasındadır - inkişafın hesabatı

Beyləqan ölkənin qabaqcıl rayonları sırasındadır -

Azərbaycanın əsas Mərkəzi Aran rayonlarından biri, maldarlıq və əkinçilik üzrə ixtisaslaşmış rayonlarından biri də Beyləqan rayonudur. Beyləqanda sosial-iqtisadi inkişafın bütün sahələri üzrə son illərdə nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunmaqdadır. Rayonun aqrar sektor üzrə göstəricilərindən mühim nəaliyyətlər əldə edilib. Gundeminfo.az-ın əməkdaşları ötən həftə rayonda olan zaman faktiki olaraq rayonda yeni yaradılan iş yerləri, aparılmış quruculuq işləri ilə yaxından tanış olublar.

Regionların sosial-iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, Ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərini yaxşılaşdırılması, aqrar sektorun, meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərin icrası istiqamətində görülən işlər sayəsində rayonun sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunub.
Beyləqan ölkənin qabaqcıl rayonları sırasındadır -

Beyləqan rayonunda 2018-ci ilin birinci rübündə ümumi məhsul istehsalı 52,8 milyon manata çataraq 102 faiz olmuş, o cümlədən sənaye məhsullarının istehsal həcmi 8,5 milyon manat, 103,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 37,1 milyon manat olmaqla 101,2 faiz təşkil etmişdir. Həmçinin adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 379,7 manat olmaqla 101 faiz olmuşdur.

Rayonun sosial iqtisadi inkişafı ilə bağlı olaraq əsas kapitala yönəldilən investitsiyaların həcmində də mühim irəliləyiş var. Aldığımız rəsmi informasiyalara əsasən cari ilin ilk yarısında əsas kapitala yönəldilən investisiyaların həcmi 13,2 milyon manat olmaqla 88 faiz, tikinti quraşdırma işlərinin həcmi isə 13 milyon manat, 90,9 faiz, rabitə xidməti 198,7 min manat, ticarət xidməti 12,5 milyon manat təşkil etmişdir. Ü
Beyləqan ölkənin qabaqcıl rayonları sırasındadır -
Beyləqan ölkənin qabaqcıl rayonları sırasındadır -

Bütün bunların nəticəsi olaraq isə Beyləqanda ümumilikdə ilin ilk 3 ayı ərzində 693 yeni iş yeri açılmış, onlardan 418-i daimi iş yeridir. 2018-ci ilin birinci rübündə ərzidə ümumi sahəsi 740 kv.m olan 7 fərdi yaşayış evi vətəndaşların şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilib.

Kənd təsərrüfatının bitkiçilik sektorunda 15776 hektar sahədə dənli bitkilər, o cümlədən 13903 hektar sahədə buğda, 1543 hektarda isə arpa əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqaisədə 820 hektar artıq buğda əkilib.
Tədarük dövründə isə taxıl biçini 100 faizdən də çox yerinə yetirilib. Buğdsa və arpa tədarükü ilə bağlı olaraq Azərbaycanda ən yaxşı ərzaq buğdası sortu yetişdirilmiş və tədarükü göstəriciləri ötən illərlə müqayisədə artaraq bu il 25 faizdən də yüxarı olmuşdur.

Məlumata əsasən Beyləqanda bu il 9560 hektar sahədə pambıq əkilməsi üçün müqavilələr bağlanıb, bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1060 hektar çoxdur. Pambıq əkilməsi nəzərdə tutulan torpaq sahələri şumlanılmış, bütün aqrotexniki qaydalara riayət olunmuş, səpinə hazırlıq vəziyyətinə gətirilmişdir. Bu ilin 3 ayı ərzində 222 hektar sahədə şəkər çuğunduru əkilmiş, ötən ilin müvafiq dövrünə nisbətən 133 hektar artıq olmaqla 2,5 dəfə çox olub. 2018-ci ilin 3 ayı ərzində 377 hektar sahədə kartof, 995 hektar tərəvəz, 97 hektar bostan məhsulları əkilib.

Bu dövrdə rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının heyvandarlıq sektorunda müsbət artım meylləri müşahidə olunub.
Beyləqan ölkənin qabaqcıl rayonları sırasındadır -

İri buynuzlu heyvanların baş sayı 162 baş artaraq 58802 baş, xırdabuynuzluların sayı isə 401 baş artaraq 301832 baş, quşların sayı 415 baş artaraq 473854 baş olmuşdur. Ət istehsalı diri çəkidə 15 ton artaraq 2484 ton, süd istehsalı 37 ton artaraq 11063 tona, yumurta istehsalı 1,7 milyon ədəd artaraq 5,6 milyon ədədə çatıb.

Respublikada sahibkarlığın inkişafına göstərilən dəstək Beyləqanda da proritet məsələ kimi daim nəzarətdə saxlanılır. Sahibkarlığa Kömək Milli Fondun xətti ilə 1 lahiyəyə 5 min manat kredit ayrılmışdır. Bunun nəticəsində 2 yeni iş yeri açılmışdır.

Rayonun sosial-iqtisadi, mədəni həyatında əldə olunan uğurlu nəticələr demoqrafik göstəricilərdə özünü göstərir. Hesabat dövrü ərzində 398 körpə dünyaya gəlmiş, 152 nikah bağlanmış, boşananların sayı 25 nəfər, miqrasiya artımı 13 nəfər olmuş, 154 nəfər dünyasını dəyişib. Rayon əhalisinin sayı 97,7 min nəfərə təşkil edib.

Beyləqan rayonunda 2012-ci ilin aprel ayından başlanmış abadlıq və quruculuq işləri bu gün də davam etdirilir. 2018-ci ilin birinci rübündə Beyləqan Olimpiya İdman Kompleksinin, Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə, 1941-45-ci illərdə həlak olmuş həmvətənlilərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmirinə başlanılmış, qiymətli üzlük daşlarla üzlənmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Beyləqan rayonu “37 saylı Yol İstismarı” MMC 2018-ci ilin 3 ayı ərzində xidmət etdiyi avtomobil yollarında tədbirlər planına uyğun olaraq cari təmir işləri yerinə yetirib. Bu dövrdə 130 ədəd işıq əks etdirici pərdə yapışdırılmış, 130 yeni siqnal dirəyi basdırılmışdır. Yerli əhəmiyyətli yollardan Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolunda, Bünyadlı-Gödəklər, Qaralılar kəndinin giriş yollarında avtoqreyderlə hamarlanma və çala təmiri işləri aparılıb. Birinci Aşıqlı, Əlinəzərli kəndlərinin və Mayak qəsəbəsinin giriş yollarında 6 nömrəli magistral-yol idarəsi tərəfindən əsaslı təmir işlərinə başlanılıb. Həmin sahələrdə yol yatağı salınmış, çınqıl materalı tökülərək yol əsaslı tikilmişdir. Yaxın aylarda yol örtüyünün asfalt-beton qarışığı ilə tikintisinə başlanılacaqdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
2018-ci ilin 3 ayı ərzində yerli gəlirlər proqnozu 1171,3 min manata qarşı 1289,2 min manat olmaqla 110,1 faiz yerinə yetirilib.

Əhalinin suvarma suyu ilə təmin olunması məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq Örənqala, Əmirzeyidli, Əhmədli, Şəfəq, Beyləqan şəhər, Yuxarı Çəmənli, Yuxarı Kəbirli, Allahyarlı, Sarı su, Tatalılar yaşayış məntəqələrində 146 km suvarma kanalları lildən təmizlənmişdir. Eyni zamanda 18 ədəd hidrotexniki qurğular cari təmir edilib. Hal-hazırda kənd və qəsəbələrə suvarma suyunun itkisiz verilməsi üçün bu istiqamətdə işlər davam etdirilir.

2018-ci ilin birinci rübü ərzində Birinci Aşıqlı, Kəbirli, Eyvazalılar, Birinci Şahsevən, Bahar, Türklər, Yuxarı Aran, Təzəkənd kəndlərində ümumilikdə 41 km uzunluqda kollektor-dren şəbəkəsində lildən təmizlənmə işləri görülmüşdür.
Hesabat dövründə rayon ərazisində 12 ədəd subartezian quyularının, 8 ədəd ESV markalı nasosların, 7 ədəd elektrik avadanlıqlarının carı təmiri işlərini həyata keçirilib.

Rayon ərazisində yanıb sıradan çıxmış ümumilikdə müxtəlif güclərdə 24 ədəd elektrik transformatorları cari, 6 ədəd transformator əsaslı təmir olunub. Əhalinin elektrik enerjisi ilə təchizatının etibarlılığını artırmaq məqsədi ilə 10 kv-lıq hava xətlərində 55 ədəd, 04 kv-lıq hava xətlərində isə 45 ədəd sınmış izalyator yenisi ilə əvəz olunub, 1500 metr istismara yararsız naqillər dəyişdirilib. 14 ədəd yeni dəmir və ya beton dayaqlar basdırılmış, 04 kv-lıq hava xətlərində isə 18 ədəd ağac dayaq, 1600 metr naqil dəyişdirilb. Qəhrəmanlı qəsəbəsində itkilərin azaldılması məqsədi ilə 2500 metr Sib-kabel çəkilib.

Hesabat dövründə ümumi daxil olan faydalı enerjinin ödənişi 84,3 faiz yerinə yetirilib. Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də tədbirlər həyata keçirilib. Belə ki Su kanal idarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 4605 abonentdən 4256 abonent sayğacla təmin olunub. Bunlardan 3686-ı smart sayğac, 568-i mexaniki sayğac təşkil edir. Fərdi vətəndaşların suyun gəlməməsi ilə bağlı idarəyə daxil olmuş 28 müraciət yerində araşdırılaraq həll edilb.

O cümlədən Beyləqanda əhalinin mavi qazla təminatında da mühim irəliləyişlər baş verib. Gundeminfo.az-a daxil olan məlumata əsasən 2018-ci ilin 3 ayında 263 abonent təbii qazla təmin olunmaqla abonent sayı 17898 olunub. Hesabat dövrü ərzində Beyləqan Qaz İstismar Sahəsi verilən təbii qazın dəyərini əhali üzrə 87,9 faiz, qeyri-əhali üzrə 37,2 faiz yerinə yetirilib.

Bundan başqa əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə rayonda fərdi mənzillərə telefon çəkilişlərində də cari ildə artım qeydə alınıb. 2018-ci ilin 3 ayı ərzində vətəndaşlara 76 yeni telefon xətləri çəkilib. 78 ədəd telefon bərpa olunmaqla ümumilikdə abonentlərin sayı 8801-ə çatdırılıb.

Rabitənin və İnformasiya xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması məqsədi ilə Birinci Aşıqlı, Bahar, Milabad, Qaralılar, Birinci Şahsevən və Örənqala elektron avtomat stansiyalarında genişzolaqlı internet xidmətinin genişləndirilməsi işləri aparılıb. 2018-ci ilin birinci rübü ərzində ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülüb. Poçt Filialı qarşısında duran əsas vəzifələr, maliyyə-iqtisadi, texniki və istismar göstəricilərinin icra vəziyyəti normativlərdən yüksək olunub.

2018-ci ilin 3 ayında əldə olunan gəlir proqnozu 101 faiz olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sahəsində respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına münbit şərait yaranmışdır. Bunun nəticəsidir ki, 02-03 mart 2018-ci il tarixdə Bakı şəhərində keçirilən VKC karate idman növü üzrə keçirilən Azərbaycan çempionatında Qəhrəmanov Babək 1-ci yerə layiq görülmüşdür.

Respublika daxilində keçirilən idman yarışlarında fərqlənən qalib komanda və idmançılar Beyləqan rayon İcra hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
2018-ci ilin birinci rübü ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına, eləcə də digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən işlər görülmüşdür. Belə ki, qeyd olunan dövrdə Mərkəzdən sosail müavinət və təqaüd alan 4986 nəfərin ödənişləri vaxtında həyata keçirilmişdir.
.
2018-ci ilin fevralın 15-dən may ayının 15-dək 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi barədə Ölkə Prezidentinin tapşırığına uyğun olaraq rayon İcra hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmışdır. Bu günə qədər 58660 nəfər tibbi müayinələrdən keçmiş, onlardan 47 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmiş, 206 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Rayonda müayinə və müalicə zamanı şəkərli diyabet xəstələri üstünlük təşkil etmişdir.Tibbi müayinə davam etdirilir.

2018-ci ilin 3 ayı ərzində vətəndaşlardan 422 nəfərin müraciətinə rayon İcra hakimiyyəti aparatında baxılmış, bundan 280 nəfəri rayon İcra hakimiyyəti başçısı tərəfindən, 142 nəfər rayon İcra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. 902 nəfərin müraciətlərinə isə rayon İcra hakimiyyəti başçısının kənd və qəsəbələrdə yerli içtimaiyətin nümayəndələri ilə keçirilən səyyari görüşlərdə baxılmışdır. Cəmi 1324 nəfərin müraciətinə baxılmış, şikayəti doğuran problemlər vaxtında öyrənilmiş və onların haqlı tələblərinin həlli istiqamətində lazımi tədbirlər görülmüşdür.

Əsasnamənin tələblərinə uyğun olaraq ayda iki dəfədən az olmayaraq ümumilikdə 6 Şura iclası keçirilmişdir. Rayon İcra hakimiyyətinin 2018-ci il üçün təsdiq edilmiş perspektiv iş planına əsasən rayonun sosial-iqtisadi inkişafı, abadlıq və mədəni-quruculuq, əhalinin, qaçqınların və məcburi köçkünlərin, Qarabağ müharibəsi iştirakçılarının, veteranların, əlillərin, şəhid ailələrinin sosial müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, ətraf mühitin mühafizəsi, torpaqlardan səmərəli istifadə edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi vətənpərvərlik tərbiyəsi, əhalinin elektrik enerjisi, içməli su ilə təminatı, kənd təsərrüfatı, maliyyə, büdcə, təhsil,mədəniyyət, tikinti, nəqliyyat, rabitə, kommunal xidmətlər və digər sahələr əhatə olunmuşdur. Beyləqan rayon İcra Hakimiyyətində təsdiq edilmiş perspektiv iş planında 2018-ci ilin 3 ayı ərzində 6 məsələnin müzakirəsi nəzərdə tutulmuş, 6 məsələ müzakirə edilmişdir. Ötən dövr ərzində əlamətdar günlərlə bağlı 27 tədbir keçirmişdir.

2018-ci ilin birinci rübü ərzində sosial-iqtisadi sahədə əldə olunmuş bütün nailiyyətləri qeyd etməklə yanaşı Dövlətimizin başçısı diqqəti görüləcək işlərə, həll olunacaq problemlərə, prioritet istiqamətlərə yönəltmişdir. Bu müddəalar hər bir icra strukturu, hakimiyyət və idarəetmə orqanı, müəssisə və təşkilat rəhbəri üçün fəaliyyət proqramıdır.
Beyləqan ölkənin qabaqcıl rayonları sırasındadır -

Beyləqan rayonu İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasətini dəstəkləyərək ətrafında sıx birləşəcək, onun siyasi iradəsinə əsaslanaraq bütün göstərişlərinin, qərar və tapşırıqlarının dönmədən həyata keçirilməsini təmin edəcək, rayon içtimaiyyətinin gücünü səfərbər etməklə, müstəqil respublikamızın çiçəklənməsi, xalqın rifahının yüksəldilməsi naminə Dövlət Başçısının gördüyü böyük işlərdə Onun layiqli yardımçısı olacaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...