Neft Fondu Çin yuanına görə yenə pul itirə bilər

Neft Fondu Çin yuanına görə yenə pul itirə bilər


Yuna qiymətdən düşməkdə davam edəcək. Goldman Sachs bankının analitikləri belə proqnoz verib. Bundan əvvəl Çin yuanı 2% zəifləyib.

Goldman Sachs bankının analitiklərinə görə, 3 aydan sonra yuanın dollara nisbətdə məzənnəsi 6,45 olacaq. «Alfa-Foreks» agentliyinin analitiki Andrey Dirgin əmindir ki, Çin valyutasının zəiflədilməsi ixracı artırmaq, ÜDM-i artırmaq üçündür.
Goldman Sachs-ın proqnozuna heç kəs şübhə etmir. Amma bu, Rusiyaya yaxşı heç nə vəd etmir, Dream Team Investments şirkətini tərəfdaşı Aleksandr Batmanov hesab edir.

Goldman Sachs bankının analitiklərinə görə, 2016-cı ilin sonunda dollar 6,7 yuan olacaq. İndi bu göstərici 6,39 yuandır. * ARDNF 2015-ci il iyulun əvvəlində 3 mlrd yuan Çin valyutası alıb (o vaxtkı məzənnə ilə $483 mln). 12 iyunda Çin fond bazarında indeks 7 illik maksimuma çatanda Neft Fond yuan almaq qərarına gəlib. Amma bundan sonra indekslər 30% (Çin şirkətləri $3 trln itirib) düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...