Səfər Mehdiyevin "yeniliyi" Komitə bəzi məlumatları gizlətməyə başlayıb

Səfər Mehdiyevin "yeniliyi"


Dövlət Gömrük Komitəsinin son bir neçə aya aid aylıq hesabatlarında bəzi məlumatların gizlədildiyi müşahidə edilir.
FED.az xəbər verir ki, ötən illərə qədər ticarət dövriyyəsinə aid aylıq hesabatlarda mal qruplarının dəyəri ilə yanaşı, miqdarı da göstərilirdi. Nəticədə ölkəyə mal və məhsulların hansı qiymətə idxal-ixrac olunduğunu müəyyən etmək mümkün udi. Dəyişiklikdən sonra isə bunu etmək mümkün deyil.


Eyni zamanda, idxal ixrac göstəricilərinin ötən illərlə müqayisəsi də ləğv edilib. Bu da əvvəlki dövrlərlə müqayisədə dinamikanı izləməyə çətinlik yaradır.

Lakin uzun müddətdir DGK idxal və ixrac sektorunda mal qruplarının yalnız valyuta dəyərini göstərir. İdxal və ixrac mallarının miqdarı isə ancaq bəzi məhsullar üzrə verilir. Ötən illərlə müqayisəli xanaları da bütün bölmələr üzrə çıxarılıb.
Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsin rəisi Natiq Axundov FED.az-a hesabatda baş verən ixtisarın səbəbini izah etməkdən imtina etdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...