Səlim Müslümovun şəkidəki adamından prezidentə şikayət edildi

PREZİDENT Cənab İ. ƏLİYEVƏ, Bir neçə gün əvvəl bir şikayət məktubunu diqqətinizə təqdim etmişdik. Deyilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Şəki rayon şöbəsi birinci qrup gözdən əlil şəxsdən qazanıb ailəsini dolandırmasını istəyib. GUNDEMİNFO.AZ-a şikayət edən vətəndaş aşağıdakılarla bağlı dövlət başçısına müraciət edib.
Ombudsman Aparatının rəhbəri xanım E.süleymanovaya,
Hesablama Palatasının sədrinə, Mən, Vəliyev Rafiq Məmməd oğlu Şəki rayonun Baş Göynük kənd sakiniyəm. 49 yaşım var. 5 mart 2009-cu ildən Şəki 19 N-li Zona TSEK 8/94 saylı müayinə əktına əsasən gözümün torlu qişasının qopması diaqnozu ilə I dərəcəli əllil olmuşam. Kənar qulluğa ehtiyacım olduğu üçün həyat yoldaşım daim məşğuldur. Öhdəmdə iki azyaşlı uşaq var ki. onlardan 2003-cü ildə anadan olan Əmrah da 2-ci qrup əlildir. Şəxsi avtomobilim, mobil telefonum, mal-qaram yoxdur. Evimdən 14 km uzaqlıqda yerləşən 0,98 ha torpaq sahəsində isə faktiki işləyə bilmirəm.Ümumiyyətlə, işləyə bilmirəm. Ailəmin dolanışığı dözülməzdir. 2013-cu ilin noyabrından 1 il müddətinə sosial müavinət verdilər. Sosial Təminat Nazirliyinin Şəki üzrə müdiri Elçin müəllim məni çox süründürdükdən sonra dedi ki, sənin torpağın olduğuna görə sosial müavinət verə bilmərik. Get işlə, qazan ailənə bax! Axı mən 1-ci qrup əlil olduğuma görə necə torpağımı əkib-becərə bilərəm? Həyat yoldaşım da yalnız mənim və 2-ci qrup olan 11 yaşlı oğlum Əmrahın qulluğunda durur.
Mən çox kasıbam. Həqiqətən ailəmin yaşaması üçün yavan çörəyə ehtiyacımız var. Eyni zamanda haqqı olduğum müavinəti almaq üçün kiməsə verməyə pulum da yoxdur. Odur ki, Sizdən xahiş edirəm, real vəziyyətimi nəzərə alaraq ailəmə ünvanlı sosial müavinətin verilməsi üçün yardım edəsiniz." Mənim bu məzmunda yazdığım şikayət aidiyyatı üzrə nazirliyə daxilnolmuş cənab Səlim Müslümov da məsələnin araşdırılmasını şikayətçi olduğum Elçin müəllimə həvalə etmişdi. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki Şöbəsinin sədri Elçin müəllim mənim ünvanlı sosial müavinət məsləsilə bağlı "yuxarı" orqanlara göndərdiyim şikayətlərə görə məni dəvət edərək otağında söhbət etmişdir. O, qabaqdangəlmişlik edərək mənə "niyə məni təhqir etmisən" sualı verdi. Mən də onu başa salmağa çalışdım ki, mən Sizin mənə verdiyiniz cavabı olduğu kimi şikayət ərizəmdə qeyd etmişəm. Siz o zaman mənə cavab verdiniz ki, ailənizin balansında 0,98 ha torpaq sahəsi var. Get işlə ailəni dolandır Sənə sosial müavinət düşmür" Mən də qeyd etmişdim ki, 1-ci qrup gözdən əliləm. Həyat yoldaşım mənə və evdə olan 11 yaşlı 2-ci qrup oğlum Əmraha qulluq etməklə məşğuldur. Digər oğlum da 13 yaşlıdır orta məktəbdə oxuyur, işləyə bilmir. Axı siz mənə 2013-cü ildə 1 il müddətuinə bu vəziyyətimə görə ünvanlı sosial yardım etmisiniz. Müdir Elçin bu dəfə də mənə əvvəlki dediyi sözləri təkrar etdi ki, sənin ailənin üstündə torpaq olduğuna görə sizə ünvanlı sosial yardım edə bilmərik. Vəssalam. hara istəyirsən şikayət et. Mən yenə ali təhsilli müdir Elçin müəllimi başa sala bilmədim ki, mən görə bilmədiyimə görə 1-ci qrup əlil olmuşam işləyə bilmirəm.(evdən çıxa bilmirəm ki, sahəyə gedib işləyim.) Torpaqda işləyə bilmirəmsə necə onu əkib-becərim? Axı əlillik üzrə dövlət aktında qeyd olunub ki, mənim 1-ci qrup əlil kimi kənar qulluğa ehtiyacım var. Çox təəssüflər olsun ki, mən bütün sənədlərimi nazir Səlim Müslümova göndərsəm də nəticə bu oldu ki, mənim məsləmə çox etinasız yanaşdılar. Səlim müəllimdən heç gözləməzdim ki, Şəkiyə təyin etdiyi savadsız müdiri mən orta məktəbi birtəhər bitirən
adam başa sala bilmədim. Azərbaycan qanunvericiliyi daxilində mənim indiki vəziyyətimdə nəyə görə sosial müavinətin verilməməsinin səbəbinin yazılı formada izah olunmasını nazir S.Müslümovdan xahiş etdim.Və eyni zamanda bu sahədə məmur özbaşnalığından çəkdiyim əziyyətə görə isə mən Cənab Prezidentdən və Xanım E.Süleymanovadan hüquqlarımın qorunmasına yardım etmələrini xahiş etdim. Sağ olsunlar Azərbaycanın vicdanlı KİV nümayəndələri müraciətimi ikinci dəfə dərc etdilər. Budur, dünən mayın 21-də Elçin müəllim yaşadığım uçuq-köhnə daxmaya Baş Göynük kənd icra nümayəndəsinin müavini Məmməd müəllimi və mühasibi Əhəd müəllimi yanıma göndərib ki, gedin o Vəliyev Rafiqdən yazılı surətdə izahat alın ki, bir daha öz problemi barədə yuxarı orqanlara şikayət etməyəcək və ona sosial müavinətin düşməməsini də izahatında qeyd etsin. Mən təbii ki, müdirin bu əmrini yerinə yetirməkdən imtina etdim. Bu zaman evimə gəlmiş hökümət adamları Elçin müəllimə zəng edib izahat ala bilmədiklərini, lakin mənim həqiqətən acınacaqlı vəziyyətdə yaşadığımın şahidi olduqlarını və iqtisadi çətinliyimə görə həqiqətən mənə sosial müavinətin düşməsini təsdiq etdilər. Elçin müəllim isə onlara telefonda olmaz dedi. Bu şikayətçiyə heç vaxt sosial –müavinət düşməyəcək, getsin əlindən gələni etsin, hara istəyir yazsın! Müdir Elçinin bu cavabından peşiman olan hökümət adamları daha mənə bir söz deməyib çıxıb getdilər.
Mən nə qədər gözdən əlil olub iş qabiliyyətimi itirsəm də nazir Səlim Müslümovun bir söz deməyə cürət edə bilmədiyi işçisi Elçin müəllimə demək istəyirəm ki, mənə şəxsən sənin dədənin çörəyi lazım deyil, mənim ailəmin qayğısına vaxtilə qurub-yaratdığım müstəqil dövlətimin imkanları daxilində sosial-müavinət istəyirəm. Və buna da haqqım çatır. Qeyd edim ki, Elçin müəllimdən əvvəl bu vəzifədə Məmməd müəllim idi. Rəhmətlik Bəxtiyar Vahabzadənin adamı idi. Və çox insaflı idi. Onun dövründə axı mənə sosial müavinət düşmüdü.
Mən cənab nazir S.Müslümovdan ona görə iniciyərm ki, işçisi onu saymadığı halda bir söz deyə bilmir. Amma televizordan danışanda özünü ən hümanist, qayğıkeş, savadlı bir məmur kimi ictimaiyyətə təqdim edir. Belə olan halda mənim şikayətimə cavab yazsın ki, işçim Elçinə mənim gücüm çatmır (daha doğrusu Elçinin arxasında duran gədəyə) Mən də Cənab Prezidentə şikayət edim ki, nazirin bacarmadığı işlə şəxsən məşğul olsun ki, sonda bir nəticə hasil olsun. Cənab prezident onu da bilsin ki, 2014-cü ildə Şəkinin Aşağı Göynük-Baş Şabalıd kənd arası (16 km) yolun asfaltlaşması üçün sərəncamla ayırdığı 7 milyon manatın heç 15 faizini işə sərf etmədən aidiyyatı quldurlar talayıb dağıdıblar. İndi yolun yarısı yarımçıq qalıb.(1 ildir iş getmir) Gözləyirlər ki, Cənab Prezident yenə də 7 milyon manat dövlət büdcəsindən pul ayırsın ki. Işlərini başa çatdırsınlar. Müdir Elçin müəllim də onun havadarları da çox səhv edirlər ki, dövlət büdcəsindən mənim payıma düşə biləcək 50 manat sosial yardımı kəsməklə onlar yalnız müəyyən qədər mükafat alacaqlar. Amma dövlət büdcəsini belə qorumurlar, qənaət etmirlər. Talançı quldurları dayandırmaqla büdcəyə qənaət etmək olar ,daha mənim kimi dilənçidən də aşağı səviyyədə yaşayan birisinin ailəsinə düşən çörəkpulunu kəsməklə yox!
Mən nazir Səlim Müslümovun bu işi çözməyə gücü çatmadığına görə Prezidentə müraciət edirəm: Cənab Prezidentdən xahiş edirəm Qoy, Şəki İH-dən bir nümayəndə gəlib ailəmin yaşam –tərzi, iqtisadi durumu ilə yaxından tanış olub sonra real vəziyyətə qiymət versinlər, görək bizə ünvanlı soaial yardım düşür, ya yox. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
723 dəfə oxundu