Nazirlik cərrah Taryel Ömərovun barəsində araşdırmaya başladı

Nazirlik cərrah Taryel Ömərovun barəsində araşdırmaya başladı

Səhiyyə Nazirliyi “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan 1 ay sonra dünyasını dəyişmiş 34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı araşdırmaya başlayıb.

Bunu virtualaz.org-a nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır.

Mərhumun yaxınları, eləcə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. S.Əhmədova deyib ki, araşdırma bitəndən sonra nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək.



Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Virtualaz.org-a müraciət edən yaxınları mərhumun həkim səhvi nəticəsində dünyasını dəyişdiyini iddia etmişdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən də araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...