Qarabağ veteranları Müdafiə Nazirliyi arxivinin işindən narazıdırlar

Qarabağ veteranları Müdafiə Nazirliyi arxivinin işindən narazıdırlar


Vaxtaşırı mətbuatda Qarabağ müharibəsində iştirak etmiş döyüşçülərin hazırkı vəziyyəti haqda yazılar dərc olunur. Əksər döyüşçülər bu gün ağır durumda yaşayırlar. Xüsusilə də onlar sağlıq durumlarından, sosial vəziyyətlərinin ağırlığından şikayət edirlər. Belə vəziyyətdə olan keçmiş döyüşçülərdən biri də Vaqif Vəliyevdir. 63 yaşlı müharibə iştirakçısı bildirib ki, acınacaqlı vəziyyətdə yaşayır. Şikayətçinin bildirdiyinə görə, xəstə olması ona işləməyə imkan vermir. Təqaüd yaşına çatsa da, haqqı olan təqaüdü ala bilmir. Getdiyi bütün qapılardan əliboş döndüyünü söyləyir.
(musavat.com).


Məsələyə aydınlıq gətirmək üçün Vaqif Vəliyevin özünə telefon açdıq. Veteran özünü pis hiss eydiyi üçün telefona xanımı Xuraman Vəlieva cavab verdi. Onun Qafqaz Xəbər Agentliyinə dediview_newklərinə görə, əri müharibəyədək 20 il qaynaqçı işləyib: “ Müharibə başlayanda könüllü döyüşə gedib. Xocalı döyüşlərində başından yaralanıb”.
Müxbirimizin “ Axı, 12 il stajı olan şəxs pensiya almaq hüququna malikdir, bəs nə üçün Vaqif Vəliyevə təqaüd vermirlər?” sualına onun xanımı belə cavab verdi: “ Ondan əmək kitabçası tələb edirlər. Vaqif müharibəyədək Xankəndində qaynaqçı işləyib. Bu gün ora işğal altındadır. Müharibədən sonra isə yaralı olduğu üçün işə düzələ bilmədi. Ona görə də əmək kitabçası yoxdur”.

Vaqif Vəliyevin döyüşdə iştirakı ilə bağlı Müdafiə nazirliyinə müraciət olsa da nazirlikdən cavab gəlib ki, onun qulluq etdiyi batalyonun arxivi yoxdur. Sonra Vaqif Vəliyevə təklif olunub ki, müharibə veteranı statusu almaq üçün Xocalı RİH-nin başçısı Şahmar Usubova ərizə ilə müraciə etsin. Müxbirimizin “ Məgər icra başçısı veteran statusu verir?” sualına Xuraman Vəliyeva belə cavab verdi: “ Bilmirəm. Vaqif ərizə yazsa da icra başçısı cavab vermədi”. Məsələ ilə bağlı Qarabağ əlilləri birliyinin sədri Etimad Əsədov bizə bildirdi ki, həqiqətən də müharibə iştirakçıları hərbi arxivlərə müraciət edəndə, cavab alırlar ki, həmin hərbi hissə ilə bağlı arxiv yoxdur”.

Müxbirimizin “ Bəs onda Vəliyev nə etsin?” sualına cavab olaraq Əsədov məsələhət bildi ki, Müdafiə Nazirliyinə müraciət etsin.
Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu isə bildirdi ki, müharibə veteranları Müdafiə Nazirliyinin arxivində lazım olan sənədlərin olmaması problemi ilə tez-tez rastlaşırlar: “ 1992-1993-cü illərdə hərbi hissələrdə sənədləşmə problemi var idi. Ona görə də nazirliyin arxivlərində problem yaranır. Zakir Həsənov nazir təyin olunandan sonra hərbi atxivlər qaydaya düşür. Yəqin ki, yaxın vaxtlarda Nazirliyin arxivi tam qaydasına düşəcək”. Rey Kərimoğlu veterana təklif elədi ki, onun müharibədə iştirakını təsdiq edən 3 nəfər döyüşçünün imzasını notarial qaydada alaraq məhkəməyə müraciət etsin: “ Əgər məhkəmə onun müharibədə iştirakını təsdiq edərsə, ona veteran statusu veriləcək”.

Biz Müdafiə Nazirliyi mətbuat xidmətinin də fikrini öyrənməyə çalışsaq da nəticə olmadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...