Əbülfəz Qurbanlı AXCP sədri olmaq istəyirmiş - ilginc iddia

`Bu yaxınlarda istefa verən AXCP sədrinin müavini Əbülfəz Qurbanlı məhz partiyada gəncləşmə siyasətinin qurbanlarından biridir`. Bunu AzVision.az-a AXCP Etimad Qurultayı Təşkilat Komistəsinin üzvü, politoloq Ehtiram Mehdiyev bildirib. E.Mehdiyev deyib ki, AXCP-də gəncləşdirmə siyasətini tələb edən qruplaşma Əli Kərimlinin yerinə Əbülfəz Qurbanlının namizədliyini irəli sürüb:
- Qruplaşmanın bu addımı partiyanın sədrlik postuna iddiası olan Fuad Qəhrəmanlı, Həsən Kərimov və Gözəl Bayramlının xoşuna gəlməyib. Nəticədə Əli Kərimlinin və bu şəxslərin təşkil etdiyi gizli iclasda Əbülfəz Qurbanlının “qələmini qırıblar”. Keçmiş sədr müavinin AXCP-dən dışlanması kampaniyasının başında isə Həsən Kərimov dayanıb. Əli Kərimlinin Əbülfəz Qurbanlı üçün tapşırdığı işləri ondan qabaq həyata keçirən Həsən Kərimov müavinin AXCP daxilində bütün fəaliyyət imkanlarını məhdudlaşdırıb.
`Əbülfəz Qurbanlıya qarşı partiya daxilində qruplaşma onun hələ Əli Kərimli tərəfindən sədr müavini postuna gətirilməsindən sonra yaradılıb. Əli Kərimlinin bu addımının Əbülfəz Qurbanlının AXCP sədri postuna yüksəlişi kimi qəbul edən `qoca qurd`lar dərhal hərəkətə keçiblər. Nəticədə Əbülfəz Qurbanlının “könüllü istefa”sına nail oldular`,– deyə E.Mehdiyev vurğulayıb.
318 dəfə oxundu