Melaniya Tramp Con Kellini qovdurmaq istəyir - Ağ Evdə saray intriqaları

Melaniya Tramp Con Kellini qovdurmaq istəyir -

Ağ Ev aparatının rəhbəri Con Kelli öz postunu tərk edə bilər. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun Donald Trampın xanımı Melaniya Trampla girdiyi münaqişədir. “İndependent” qəzetinin məlumatına görə, Melaniya Tramp Con Kellini dəfələrlə onun xahişlərini yerinə yetirmədiyi barədə ərinə, prezident Donald Trampa şikayət edib. Melaniya Tramp Con Kellidən onun köməkçilərini vəzifəcə qaldırmasını istəyibmiş. Ağ Ev aparatnın rəhbəri isə birinci xanımın istəyini geri çevirməklə qalmayıb, üstəlik, həmin postlara istisnasız olaraq öz adamlarını yerləşdirib.

Hətta Donald Tramp belə Kellidən xanımının istəklərini yerinə yetirməyi tələb edib. Bundan daha öncə ABŞ mətbuatı Melaniya Trampla münaqişə ucbatından milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun müavini Mira Rikardelin istefa verəcəyini bildirmişdi. Birinci xanımın mətbuat katibi Stefani Qrişam açıq şəkildə “tutduğu vəzifəyə layiq olmayan Rikardelin qovulmalı olduğunu” hər kəsi önündə bəyan etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...