Azərbaycan Belarusdan yeni partiya hərbi texnika alır - Əliyev açıqladı

Azərbaycan Belarusdan yeni partiya hərbi texnika alır -

Belarus və Azərbaycan hərbi texnikanın növbəti partiyasının tədarükü üçün saziş hazırlayır.

“Qafqazinfo” Belarus KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekununa dair jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında bu sahədə imzalanan memorandum ən qısa vaxtda sazişə çevriləcək.

İlham Əliyev bildirib ki, Azərbaycan bu sferada Belarusla qarşılıqlı əlaqədən məmnundur. Çünki bu ölkənin məhsulları çox keyfiyyətli və effektivdir: “Bu səbəbdən təsadüfi deyil ki, ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığın çox yaxşı tarixi, kifayət qədər böyük həcmi və böyüməyə doğru gedən gözəl ənənəsi var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...