Cavid Qurbanovdan narazılar etiraza qalxdı

Cavid Qurbanovdan narazılar etiraza qalxdı


Avqustun 26-da 40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında toplaşıb etiraz aksiyası keçirirlər.

Bu haqda "Azadlıq" radiosuna aksiyaçılardan biri - Mələk Əliyeva deyib. Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb edirlər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyirlər.
«Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirik», - dəmiryolçu qadın deyib.

Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirib: «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik». Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...