Nazir Məmməd Musayevin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ

Nazir Məmməd Musayevin oğluna

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

Sözügedən xəbəri Dövlət Məşğulluq Xidmətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.


Nazir Məmməd Musayevin oğluna
Nazir Məmməd Musayevin oğluna



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...