Qurbanov AFFA-nın təzminatından imtina edib? - AÇIQLAMA

Qurbanov AFFA-nın təzminatından imtina edib? -

Milli komandanın sabiq baş məşqçisi Qurban Qurbanovun ona veriləcək təzminatdan imtina etməsi ilə bağlı AFFA-ya rəsmi müraciət daxil olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. O bildirib ki, əgər sabiq baş məşqçi bununla bağlı assosiasiyaya rəsmi şəkildə müraciət edərsə, məsələyə baxılacaq.

Qurumun sözçüsü Q.Qurbanova veriləcək kompensasiyanın məbləğini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Qol.az saytı Qurban Qurbanovun ötən il imzalanmış 6 illik müqavilənin vaxtından əvvəl ləğv olunmasına görə AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina etdiyini yazmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...