Rektorların 5 illik təyinatı: Kimlərə şamil ediləcək?

Rektorların 5 illik təyinatı:

“Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adamın rəhbərlik etdiyini, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inkişafın olmadığının şahidi oluruq. Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 il Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 20 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor olub. Hazırda da bu vəzifəni tutanlar var. Səyavuş Kərimi18 il Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhad Bədəlbəyli 28 il Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 il Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Havar Məmmədov isə Bakı Mühəndislər Universitetində 20 ildir ki, rektor kimi çalışır.

Əlbəttə, elmi -tədqiqat işlərinin uzun müddət davam etdiyini nəzərə alsaq, bu müddət elmdə az hesab oluna bilər. Amma rektorlar elmi- tədqiqat işləri ilə məşğul olmur, ali təhsil müəssisəsini idarə edirlər. Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalır və müasir çağırışlara cavab vermir. Bunun əsas səbəbi rektorların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Hesab edirəm ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə müsbət təsir göstərəcək. Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətinləşəcək. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar. “Təhsil haqqında” Qanuna edilən əlavə ciddi dəyişikliyə səbəb ola bilər. Bu, həm də ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaracaq”.


Ekspertin fikrincə, bundan sonra rektorların vəzifəyə təyinatı da dəyişməlidir:

“Bunun üçün 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Amma ortaq üsul da var ki, həmişə ona üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib adını nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratik, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların hamısı təcrübədə var. Hər birinin də üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir, universitet seçkidən-seçkiyə yenilənir. Bütün hallarda rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektor rəhbərlik etdiyi müəssisəsənin dünya səviyyəli universitet olmasını hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşıya qoymur. Amma bundan sonra fəaliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər”.

Ekspert bildirib ki, qanun bundan sonra təyin olunacaq rektorlara şamil ediləcək:

“Onu da deyim ki, rektorların seçilməsi ənənəsi olub, amma uğurlu alınmayıb. Çünki bunun üçün təcrübə, ənənə olmalı, ali təhsil müəssisələrimiz dünya universitetlərinə yaxınlaşmalıdır. Bizdə rektor seçki yolu ilə vəzifə tutarsa, o qədər də effektiv olmayacaq. Azərbaycanda bu sahədə çox işlər görülməlidir. Rektor menecer, yenilikçi olmalı, dünya təhsilini yaxından izləməli, universitetin idarəsini buna uyğun həyata keçirməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...