Prezidenti 7 saat gözlədilər - 3 nəfər istidən öldü
Türkmənistanda prezident Qurbanqulu Berdiməhəmmədovun gəlişini gözləyən üç nəfər dünyasını dəyişib.
Bu barədə AzVision.az`Regnuma`-a istinadən xəbər verir. 7 saat ölkə başçısı Qurbanqulu Berdiməhəmmədovun iştirakı edəcəyi təntənəli mərasimin başlayacağı Kopetdaq (Aşqabad) stadionda gözləməli olan 14 nəfər xəstəxanaya yerləşdirilib. Aralarında biri uşaq olmaqla isə üç nəfər ölüb. Ümumilikdə 50 nəfər huşunu itirib. Huşunu itirən şəxslər hadisə yerində yardım göstərilib.
Həmin gün havanın temperaturunun 40 dərəcədən yüksək olduğu bildirilir. İnsanlara stadionun açılışı üçün səhər saat 5-dən stadiona gəlməyə başlayıb, Berdiməhəmmədovun isə saat 11:45-də həmin əraziyə gəlib. Prezidentin gəlişinə qədər isə uşaqdan böyüyə qədər hər kəs onu aya üstə gözləyib. Məlumata görə, onlara su içmək, yemək yemək və tualetə getməyə icazə verilməyib.
Daha sonra məlum olub ki, Berdiməhəmmədov öncə digər obyektlərə baş çəkməyə qərar verib. Aralarında 4-15 yaşlı uşaqlar və 70 yaşlı qocalar qızmar günün altında onu təxminən 7 saat ayaq üstə gözləməli olub.
356 dəfə oxundu