Cavid Qurbanovun rəis qardaşı istefa verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işdən azad edilib.
Cavid Qurbanovun rəis qardaşı istefa verdi

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xidmətin rəisi İlqar Qurbanov səhhəti ilə əlaqədar işdən çıxarılması üçün ərizə yazıb. Onun yerinə Cavid Əbdülqədirov təyin olunub. Qeyd edək ki, İlqar Qurbanov 2015- ci ildə sözügedən vəzifəyə təyinat almışdı. Bu arada bildirək ki, İlqar Qurbanov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşıdır.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyib və bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin strukturu təkmilləşdirilib: “Bu ümumiyyətlə, reablitasiya sisteminin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər çərçivəsində həyata keçirilib. Belə ki, xidmətin aparatının yeni strukturu təsdiqlənib. Xidmətin rəisi işləmiş İlqar Qurbanov səhhəti ilə bağlı ərizə yazaraq işdən çıxarılıb. Onun yerinə təyin edilən Cavid Əbdülqədirov bu sahədə uzun müddət işləmiş təcrübəli şəxsdir.

Bundan başqa xidmətin tibbi sosial ekspert komissiyalarının sayı 12-dən 5-ə endirlib. Komissiyalar gələcəkdə Bakı şəhərində fəaliyyət göstərəcək beş DOST mərkəzi ilə əlaqəli şəkildə xidmətlərini vətəndaşlara təqdim edəcəklər. Həmin DOST mərkəzlərində Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyəti qurulacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...