Vladimir Putin: "Prezident olmaq istəmirdim"

Vladimir Putin: "Prezident olmaq istəmirdim"

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı olmaq istəmədiyini, o zaman buna hazır olmadığını deyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu V.Putin Yaroslavl şəhərində keçirilən bir forumdakı nitqi zamanı bildirib.

“Rusiyanın ilk Prezidenti Boris Nikolayeviç Yeltsin məni yanına çağırıb Baş nazir vəzifəsinə namizədliyimi Dövlət Dumasına təqdim etmək istədiyini, sonra da Prezident seçkilərinə getməyi təklif edəndə razılıq vermədim”, - deyən V.Putin B.Yeltsinin bu cavaba təəccübləndiyini əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...